2021-ci il iyunun 04-də Salyan şəhər sakini Cəmilə Əsgərovanın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
Salyan rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin keçmiş əri Xəyal Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Cəmilə Əsgərovaya mətbəx bıçağı ilə müxtəlif bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd etmişdir.
Xəyal Əsgərov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.