Tərtər Rayon Prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə oktyabrın 18-si saat 17 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kənd sakini 1986-cı il təvəllüdlü Murad Balacayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Ziyadxan Aslanovun aralarında yaranmış mübahisə zamanı Murad Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Ziyadxan Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.