AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Saxta dollar satarkən yaxalandı

  • + A
  • - A
  • 28-02-2022, 11:17

    Saxta dollar satarkən yaxalandı

    Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə fevralın 18-də Corat qəsəbəsi ərazisində yerləşən poçt şöbəsində bir nəfərin 20 ədəd 50 ABŞ dollarlıq əskinas verərək manat alması, həmin dollar əskinaslarının isə saxta olması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş C.İsayev müəyyən edilərək saxlanılmışdır.
    Onun saxta əskinasları verərkən Bakı şəhər sakini olan bir nəfərin şəxsiyyət vəsiqəsindən istifadə etməsi müəyyən edilmişdir.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR