İyunun 26-sı saat 16 radələrində Lənkəran rayonu ərazisində 1990-cı il təvəllüdlü Samir Novruzovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1975-ci il təvəllüdlü Qulam Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Samir Novruzova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Qulam Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.