AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FİFA Meksika millisini cəzalandırdı

  • + A
  • - A
  • 19-06-2021, 14:30


    FİFA futbol üzrə Meksika milli komandasını cəzalandırıb.

    AzadMedia.az xəbər verir ki, yığma növbəti iki ev oyununu boş tribunalar önündə oynayacaq.

    Buna Meksika millisinin ABŞ və Dominikan Respublikası yığmaları ilə keçirdiyi oyunlar zamanı yerli azarkeşlərin homofobik (cinsi) şüarlar səsləndirməsi səbəb olub.

    Meksika yığmasının DÇ-2022-nin Amerika zonası seçmə mərhələsində Yamayka (2 sentyabr) və Kanada (7 oktyabr) ilə keçirəcəyi oyunlara azarkeşlər buraxılmayacaq.

    Bundan başqa, Meksika Futbol Federasiyasına 55 min avro pul cəzası da verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR