AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təcrübəli idmançımız Olimpiada öncəsi turnirin qalibi oldu - FOTO

  • + A
  • - A
  • 26-06-2021, 22:00


    Bu gün Türkiyənin İstanbul şəhərində sərbəst güləş üzrə Yaşar Doğu turniri start götürüb.

    Ənənəvi yarışdakı yeganə təmsilçimiz Şərif Şərifov (97 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Dünya, olimpiya və Avropa çempionumuz ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib – 10:0.

    Titullu güləşçimiz yarımfinalda Givi Matçaraşviliylə qarşılaşıb. Şərif yanvarda Fransanın Nitsa şəhərində keçirilən “Qran-pri”də məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.

    Beləliklə, Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qalibi olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR