"Son vaxtlar bu ölkəyə tez-tez gəlirik. Yenidən burada olmaq mənim üçün xoşdur. Qarşılaşdığımız hər komandanın öz oyun fəlsəfəsi var. "Omoniya" həmin rəqiblərdən bir az fərqlidir".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə "Omoniya"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, sabah meydanda daha çox düşünmək lazım olacaq. Burada yaxşı oyun göstərmək istəyirik. Meydanda əlimizdən gələni edəcəyik. Bu komandaya qarşı həm ehtiyatlı olmalı, həm də 90 dəqiqə ərzində rəqibi nəzarətdə saxlamalıyıq. İnanıram ki, sabah ən yaxşı matçlarımızdan birini keçirəcəyik".
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.