Fərid Qayıbov Ağır Atletika üzrə Azərbaycan çempionatının qonağı olub.
Qaliblərin mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarına uğurlar arzulayıb, iki illik fasilədən sonra təşkil olunan Azərbaycan çempionatında yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü qeyd edib.
Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib. Qaliblərə mükafatı nazir
Fərid Qayıbov, nazir müavini
Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti
İnam Kərimov təqdim ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.