Stolüstü tennis üzrə ölkə kuboku yarışı davam edir. “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda komanda mübarizəsinə yekun vurulub. Kişilərin turniri Təhsil RİM kollektivinin qələbəsi ilə başa çatıb. MOİK ikinci yeri tutub. “Sərhədçi” və “Sumqayıt” komandaları 3-cü yeri bölüşüblər.
“Sumqayıt” komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri Təhsil RİM-nin yetirmələri tutublar. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü olub.
Qeyd edək ki, yarışın növbəti günlərində tennisçilər şəxsi, qoşa və qarışıq-qoşa turnirində də qalib və mükafatçıları müəyyənləşdirəcəklər.
Ölkə kuboku yarışına noyabrın 19-da yekun vurulacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.