AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AVRO-2024: Serbiya və ya Monteneqro bu gün final mərhələsinə vəsiqə qazanacaq

  • + A
  • - A
  • 19-11-2023, 16:00

    AVRO-2024: Serbiya və ya Monteneqro bu gün final mərhələsinə vəsiqə qazanacaq

    AVRO-2024-ün seçmə mərhələsində bu gün son tura start veriləcək.

    Belə ki, baş tutacaq doqquz oyunla A, F, G və J qruplarında mübarizəyə yekun vurulacaq.

    Son tur ərəfəsində bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər. Bu gün yalnız G qrupunda bir komanda onlara qoşulacaq. Bu isə ya Serbiya, ya da Monteneqro olacaq.

    Serblər doğma arenalarında autsayder Bolqarıstana məğlub olmasalar, AVRO-2024-ə vəsiqə qazanacaqlar. Monteneqro isə Almaniyadakı qitə birinciliyinə yollanmaq üçün Macarıstana qalib gəlməli və Serbiyanın uduzmasını gözləməlidir.

    AVRO-2024-ün seçmə mərhələsi
    X tur
    19 noyabr
    A qrupu
    23:45. Şotlandiya – Norveç
    23:45. İspaniya – Gürcüstan
    Xal durumu: İspaniya – 18 xal, Şotlandiya – 16, Norveç – 10, Gürcüstan – 8, Kipr – 0

    F qrupu
    21:00. Belçika – Azərbaycan
    21:00. İsveç – Estoniya
    Xal durumu: Avstriya – 19, Belçika – 17, İsveç – 7, Azərbaycan – 7, Estoniya - 1

    G qrupu
    18:00. Macarıstan – Monteneqro
    18:00. Serbiya – Bolqarıstan
    Xal durumu: Macarıstan – 15, Serbiya – 13, Monteneqro – 11, Litva – 6, Bolqarıstan - 3

    J qrupu
    23:45. Bosniya və Herseqovina – Slovakiya
    23:45. Lixtenşteyn – Lüksemburq
    23:45. Portuqaliya – İslandiya
    Xal durumu: Portuqaliya – 27, Slovakiya – 19, Lüksemburq – 14, İslandiya – 10, Bosniya və Herseqovina – 9, Lixtenşteyn – 0


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR