Daha bir postsovet ölkəsi Avropaya qaz satmağa başladı
Ukraynanın “TAS Energiya stranı” şirkəti Avropaya qaz ixrac etməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə EXPRO nəşrinə şirkətin rəhbəri Maksim Dmitruk deyib.
O bildirib ki, yanvarın 30-da Slovakiya istiqamətində ilk sınaq tədarükü gerçəkləşib.
“Avropalı tərəfdaşlarımızla birgə qonşu ölkələrin gömrük rejimlərini və operator şirkətlərinin işini yoxlayırıq”, – deyə o vurğulayıb.
Ukrayna şirkəti daha bir neçə belə sınaq gerçəkləşdirmək niyyətindədir.