Vəfa gözləmə
Vəfasız gözəldən vəfa gözləmə,
Belə gözəllərdə etibar olmaz.
Onu gecə-gündüz düşünsən belə,
Nə qədər yalvarsan, sənə yar olmaz.
Sən onu canından artıq sevsən də,
Ömrünə-gününə hicran əksən də,
Yolunda başından belə keçsən də,
Sənin o halına nəzər də salmaz.
Səmimi qəlb ilə sevirsən onu,
Bu sevginin yoxdur bilirsən sonu.
əsl məhəbbətin nə olduğunu,
gündə bir xəyala düşən anlamaz.
Dikirdən gğzünü o gələn yola,
Baxırsan gah sağa, gah da ki sola,
Gəlsə də, yanında inanma qala,
Vəfa umma ondan yanında qalmaz.
Rübai
Dünyanın sonu yoxdur
Geyməyə donu yoxdur
Ömür başa çatanda
Hazır ol, daha vaxtdır.
Fikir ver sözlərinə
Aylar, illər gəlib ömürdən keçir,
İnsanı ardınca aparıb gedir.
Ömüt vəfasızdır, cəfası çoxdur,
Bu gündən sabaha etibar yoxdur.
Bircə yol verilir ömür insana,
Tapılmış pul kimi baxma sın ona.
əlsiz-ayaqsız əl tut bacarsan,
onda bu dünyadan xeyir taparsan.
Çalış əməlində xilaf olmasın,
Bağın-baxçan vaxt-vədəsiz solmasın.
Fikir ver sözünə danışan zaman,
Doğru danış, sözün çıxmasın yalan.
Sadə ol həyatda, özünü qoru,
Fikirləş, dediyin sözünü qoru.
Yaxşı söz insanı şərəfləndirər,
Hər yerdə hər zaman hörmət gətirər.
Tanıyıram
Sözündə düz, özündə düz,
Olanları tanıyıram.
Hamıdan geridə qalıb
Solanları tanıyıram.
Deyə bilməyən sözünü,
Təsdiq etməyən ğzünü,
Gecə edib gündüzünü
Sönənləri tanıyıram.
Övladların düşünməyən,
Xam xəyallardan enməyən,
İnamı da bilinməyən,
İnsanları tanıyıram.
Vaxt çatıb yaşa dolubdur,
Bət-bənizi saralıbdır.
Əldən düşüb qocalıbdır,
Qalanları tanıyıram.
Ona-buna dodaq büzən,
Gününü gününə düzən,
Adamlardan kənar gəzən,
Ünvanları tanıyıram.
Həyatımın fəlsəfəsi
Ömrüm-günüm keçdi mənim,
Bu həyatın yollarında.
Hər dəqiqəm qüvvəsini
Duydu mənim qollarımda.
Sinə gərdim çətinliyə,
Mən ona da əyilmədim.
İnam mənim həyat yolum,
Odur mənim vuran qolum.
Var-dövlətə aldanmadım,
Heç bir zaman.
Duya bilməz bunu nadan
Yalanlara, böhtanlara.
Rast gəlsəm də
Həyatımın düz yoluyla
Gedə bildim
Hqsızların söhbətinə.
Əməlimlə gülə bildim
Söz-söhbətlər düz olmadı
Varlığımla bu həyata
İnandım mən.
İnam məni tərk etmədi,
Güc də verdi qollarıma.
İşıq saçdı yollarıma
Düz yol ilə getmişəm mən.
Həyatımda mən heç kəsə
Xəyanət də etməmişəm.
Kəndimizin oğlun-qızın
Xoşbəxt görüb sevinmişəm.
Qəlbimdəki arzularım
Çiçək açıb, ətirlənib,
Şeirə dönüb,
Misralanıb, sətirlənib.
Əqidəm də dəyişməyib,
Ömrüm boyu aldatmadım
Heç bir kəsi
Budur, mənim həyatəmın fəlsəfəsi.
Ana
Ana, müqəddəssən, safsan, təmizsən,
Qiymətlisən mənə, candan əzizsən.
Ucasan gğzümdə qəhrəman kimi,
Genişdir ürəyin asiman kimi.
Uşaqkən həmişə oldun yanımda,
Zəhmətimi çəkdin xəstə anımda.
Başıma dolandın pərvanə kimi,
Həyacan keçirdin divanı kimi.
Yuxusuz qalaraq səhər-axşamı,
Sayəndə sönmədi ömrümün şamı.
Sağaldım, gözlərin güldü günəştək,
Qızardı gözlərin nurtək, atəştək.
Həmişə, hər zaman yanımda oldun,
Damarımda axan qanımda oldun.
İndi xatirəyə dönmüsən, ana,
Parlayıb-parlayıb sönmüsən, ana.
Yox! Yox! Sönməmisən, sən parlayırsan,
Sən məni ruhunla xatırlayırsan.
Analı dünyam
Namı özümə arxa bilirdim,
Onun sayəsində deyib-gülürdüm.
Ağrımı-acımı qəlbdən silirdim,
Analı dünyamdan olmuşam indi.
Astaca saçıma sığal çəkərdi,
Oxşayıb-oxşayıb əzizləyərdi.
Nədənsə hərdənbir köks ötürərdi,
Analı dünyamdan olmuşam indi.
Onun qucağına sığınardım mən,
İsti nəfəsinə qızınarım mən.
Şirin yuxu tapıb uyuyardım mən,
Analı dünyamdan olmuşam indi.
Dünyanın varında yox idi gözü,
Ən böyük varıydı oğulu, qızı.
Əzab-əziyyətlə böyütdü bizi,
Analı dünyamdan olmuşam indi.
Ömrü başa çatdı, köçdü dünyadan,
Əziz xatirəsi çıxmaz yadımdan.
Unutmaram onu heç vaxt, heç zaman,
Analı dünyamdan olmuşam indi.
Tunar nəvəm
Ramin balam sonbeşiyim,
Ömrü uzun olsun, Amin!
Oğlu Tunar ev-eşiyim,
Allah özü olsun zamın.
Qardaşım balası Gülnar,
Onun oğlu nəvəm Tunar.
Şahnaz adlı nəvəsi var,
Yaşayırıq şən, bəxtiyar.
Nənəsi çox sevir onu,
Yoxdur bu sevginin sonu.
Oyuncaqdır dörd bir yanı,
Tunar kimi nəvəhanı?!
Artıq yaşı üç yaş yarım,
Olubdur güllü baharım.
Sona yetmir arzularım,
Tunardır gülzarım mənim.
Rusca ona qədər sayır,
Adlarını bir-bir deyir.
Ayaqqabsın tərsə geyir,
Tərs olduğunu bilməyir.
Nəfəsi ondan alıram,
Onun yanında qalıram.
Meylimi ona salıram,
Deməyin ki qocalmışam.
Oğluma
Canımdan ayrılmışbir parçasan sən,
Ay mənim vəfalı, mehriban oğlum.
Bağlı ol vətənə qəlbdən, ürəkdən,
Vətən yolunda ol cəfalı, oğlum.
Yaxşı insanlarla həyatda dost ol,
Vüqarla addım at, həmişə şəst ol.
Vətən çiçəyindən, gülündən məst ol,
Qoy olsun əllərin şəfalı, oğlum.
Həyatda həmişə namusla yaşa,
“Ana”, “Vətən” sözü dilində qoşa.
Olsun əməllərin layiq alqışa,
Ömür bağçan olsun səfalı, oğlum.
Bilmirəm
Gözlərin nədənsə cəlb edir məni,
Anlaya bilmirəm, duya bilmirəm.
İstərəm bir anda tərk edəm səni,
Ancaq o gözlərdən doya bilmirım.
Bir həyat nəfəsi var gözlərimdə,
Şəkər şirinliyi var sözlərində.
Can atdın getməyə, dondum yerimdə,
Bu necə sehrdir? – Duya bilmirəm.
Kaş sənə heç zaman tuş olmayaydım,
Gözlərindən axan yaş olmayaydım.
O gözlərə baxan kaş olmayaydım,
Səndən ayrılmağa qıya bilmirəm.
Bilmirəm səndəki cazibə nədir,
Sənə baxmayanda həyatım gedir.
Elə bil cismimi ruhum tərk edir,
Bir addım kənara qoya bilmirəm.
Tamahın aqibəti
Kiminsə hesabına bir vəzifə tapmısan,
Kalanlaşıb özünə hətta villa yapmısan.
Zəhmətkeşləri əldə yaman əsas tutmusan,
Vicdanını dövlətə, mala, pula satmısan,
Başqasına düz yolu söz xətrinə deyirsən,
Tamahkar olduğunu heç kəsə söyləmirsən.
“Alimi-biəməlsən” çox şeyi bilsən də sən,
Əməlin yoxdur sənin, bəs buna nə deyirsən?
Uymusan bu dünyanın dövlətinə, malına,
Nəfsin o qədər artıb, yanmayıblar halına.
İnsanlıqdan çıxaraq hər şeyi unutmusan,
Dostu, qardaşı atıb, dövləti bərk tutmusan.
Tamah bir gün məhv edib axırına çıxacaq,
Çürük bir ağac kimi səni yerə yıxacaq.
Qələm
Qələm fikir yoldaşı,
Şairlərin sirdaşı
Bir əqidə savaşı.
Qələm özü bir dünya,
Sözləri duya-duya
Çatır hər bir arzuya.
Qələm qılıncdan iti
Vərəq onun sərvəti
Söz şanı, söz şöhrəti.
Qələm vərəqdə yolçu,
Həm yolçu, həm də ölçü
Həm də könül sevinci.
Qələm ömrün hər anı
Yazanın söz ünvanı
Öyrənir bu cahanı.
Səndə, dünya
Ömrüm-günüm təzələndi,
Səndə, dünya, səndə, dünya.
Həyat yolum çözələndi,
Səndə, dünya, səndə, dünya.
Ayağımın izi qaldı,
Ürəyimin sözü qaldı,
Ocağımın közü qaldı,
Səndə, dünya, səndə, dünya.
Canım çoxuna tuş oldu,
Daxilimdə vuruş oldu,
Çox adamlar sərxoş oldu,
Səndə, dünya, səndə, dünya.
Bu həyata nə deyim, nə?!
Alovlanıb yandı sinə.
Hər şey dönübdür tərsinə,
Səndə, dünya, səndə, dünya.
Çox gözəllər gəldi, keçdi,
Ürəkləri dəldi, keçdi.
Çox insanlar öldü, keçdi,
Səndə, dünya, səndə, dünya.
Deyir
Partlayır güllələr torpağın üstə,
Təyyarə şığıyıb qana-qan deyir.
Ana körpəsini alıb diz üstə,
Niyə düşmən olub cana-can deyir.
Partlayır güllələr nə üçün, niyə?
Niyə düşmən olub ölkə-ölkəyə.
Anasa həsrətlə baxıb körpəyə,
Nə vaxt düzələcək bu cahan deyir.
Qəzəblə, nifrətlə səslənir ona,
Baxır ətrafına o yana-yana.
Görən kim baisdir, bu qədər qana
Onu bildirəcək bu zaman deyir.
Vətən oğulları qalxır ayağa,
Qəzəblə baxırlar yanan torpağa.
Anasa həsrətlə baxır torpağa,
Azadlıq eşqiylə dalğalan deyir.