AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağın Alban Xristian İrsi və Tarixi Memarlıq Elementləri

  • + A
  • - A
  • 10-12-2021, 13:45


    Natiq Əbülfət oğlu Alışov
    tarix üzrə fəlsəfə doktoru, dosent,

    I əsrdə yaranan və dünyəvi dinlərdən biri olan xristianlıq 56-cı ildə Apastol Faddeyin şagirdi, Yerusəlimin ilk patriarxı apostol Yakovun rəsmi səlahiyyətli elçisi müqəddəs Yeliseydən xristianlığı qəbul etmiş Albanlar Qafqazın ilk xristianları olmuşdur. Müqəddəs Yeliseyin Albaniyanın Qis (Kiş) yaşayış məntəqəsində Qansız qurban verdiyi məbəd sonrakı əsrlərdə Şərqdə və Qafqazada mövcud xristian kilsələrinin anası hesab edilmişdir.
    Xristianlıq 311-ci ildə Roma imperiyası tərəfindən tanınmış və 313-cü ildə Milan fərmanı ilə azad din elan edilmişdir. 325-ci il Nikey yığıncağından xristian dini Roma imperatoru Konstantin rəhbərliyi ilə dövlət dini kimi qəbul edilmişdir.
    Albaniyada xristianlığın dövlət tərəfindən rəsmi tanınması və dövlət dini kimi qəbul edilməsi Roma imperiyasında xristianlığın rəsmən tanınması və dövlət dini elan edilməsi prosesindən bir il sonra baş vermişdir.
    Xristianlığı azad din elan edən Milan edikti 313-cü ildə Roma imperiyasında qəbul edildikdən bir il sonra Albaniyada 314-cü ildə tətbiq edilmişdir. Nikeyada 325-ci ildə xristianlığı Roma imperiyasının dövlət dininə çevirmiş qərar 326-cı ildə Albaniya dövləti tərəfindən də qəbul edilmişdir.
    Alban tarixçisi Moisey Kalankatuklunun verdiyi məlumatlardan belə aydın olur ki, xristianlıq rəsmi dövlət dininə çevrildikdən sonra Alban çarları dövlət idarəçiliyində sahəsində mühüm qərarlar vermişdir. Bu istiqamətəd Alban çarı III Vaçaqan tərəfindən V əsrdə çağırılmış Aquen məclisi mühüm rol oynamışdır. Bu məclisdə Albaniya dövlətinin konstitusiyası rolunu oynayan mühüm qanun qəbul edilmişdir. 21 maddədən ibarət olan bu qanunla, nəinki xristian dininin adətləri, habelə ölkənin xristianlıqdan doğan sosial-iqtisadi problemlərini nizama salmışdır. Ölkə ərazisində ilin günlərinin sayı qədər kilsə və monastırların inşası davam etdirilmişdir.
    Qarabağ bölgəsində inşa olunmuş alban xristian abidələri Qafqaz Albaniyası sərhədləri daxilində və xaricində inşa olunan diğər xristian abidələrindən memarlıq nöqteyi nəzərən bir o qədər də fərqlənmir. Qafqaz Albaniyasında kilsə memarlığında dairəvi və xaçvari özüllü kilsələri çıxmaq şərti ilə əsasən Bizans və Suriya memarlığı geniş yayılmışdır.
    Qarabağ regionunda inşa olunmuş kilsələr Albaniya ərazisində inşa olunan əksər abidələr kimi Suriya memarlığı əsasında inşa edilmiş və kilsə memarlığında sövməədən başlayaraq monastıra kimi son orta əsrlər qədər özünə məxsus inkişaf mərhələsi keçmişdir.
    Kilsə memarlığının izahı baxımdan ilk öncə kilsənin sturukturuna diqqət yetirməyimiz daha yaxsı olardı. Bernard Mulholland tərəfindən Bizansın erkən xristian kilsələri (Bernad Mulholland The Early Byzantine Christian Church An Archaeological Re-assessment of Forty-Seven Early Byzantine basilical Church Excavations Primarily in İsrael and Jordan, and their Historical and Liturgical Context. Peter Lang AG, International Academic Publishers, Switzerland, Bern 2014) kitabında geniş şəklidə Suriya, Bizans və Roma memarlığına toxunulmuşdur.


    İstinad edilən planda da göründüyü kimi Bizans memarlığında kilsənin altar absidası düzbucaqlı kilsənin şərq divarının xarici səthində formalaşdırılmışdır. Suriya memarlığında isə kilsənin altar ibadətgahı düzbucaqlı tikilinin daxilində öz həllini tapması kimi izah olunmuşdur.
    Ərəb xilafəti Sasanilər imperiyasını işğal etdikdən sonra xristianlığın diofizit təriqətinə əks mövqedə olan monofizit təriqətini müdafiə etməsi Qafqaz Albaniyasında mövcud vəziyyəti daha da gərginləşdirmişdir. 681-ci ildə Alban Knyazı Cavanşirin öldürülməsi və katolikos müqəddəs Yelizarın vəfatından sonra vaxtilə Girdman yepiskopu olmuş, xristianlığın diofizit təriqətinə mənsub olan Nerses Bakur siyasi basqılar səbəbindən monofizit təriqətini qəbul edərək 687-ci ildə Alban katolikosu seçilmişdir.
    Nerses Bakurun 14 ildən sonra Alban knyazı Varaz Trdatın arvadı diofizit təriqətin tərəfdarı olan Alban çariçası Sparama ilə gizli razılaşmaya gəlib, Qafqaz Albaniyasını diofizit təriqətinə keçirmişdir. Nerses Bakurun nəyə görə məhz 14 ildən sonra diofiztliyə keçmə cəhdinin səbəbini 699-cu ildə vergilərin azaldılması üçün Bizans imperatoru ilə danışıqlar aparmaq məqsədi ilə öz oğulları ilə bərabər orada səfərdə olan alban carı Varaz Tiridatın həbs edilməsi ilə əlaqədar olmuşdur. Məhz onların həbsdən azad etmək məqsədlə də çariça Sparama alban əyanları, yepiskopları və katolikosu Nerses Bakurla məsləhətləşdikdən sonra Alban kilsəsini yenidən diofizitliyə qaytarmışdır.
    Məlikə Sparama Nersesə yardım etdi, onlar əyanların köməyi kilsələrin çoxunun səcdəgahlarını sökdürür. Məhz təriqətin dəyişməsi kilsələrdə səcdəgahın sökülməsi ilə yekunlaşırmış ki, katolikos Nerses Bakur monofizit təriqətindən diofizit təriqətinə keçərkən səcdəgahların sökülməsi məsələsinə xüsusi diqqət yetirmişdir. Burada diofizit kilsəsi ilə monofizit kilsəsi arasında olan əsas fərqlərdən birinin altarla bağlı olduğu bəlli olur.


    Diofizit kilsələri memarlıq nöqteyi-nəzərdən altar hissəsi döşəmə səviyyəsindən 25 sm-dən başlayaraq maksimal hündürlüyü 50 sm olub, altar sərhədinə malikdir. Keşişin orada etdiyi hərəkətləri, kilsəyə ibadətə gələn şəxslər tərəfindən görülməsi qadağandır.
    Monofizit kilsələrinin altar hissəsi döşəmə səviyyəsindən 1 m və ondan bir az artıq hündürlükdədir və diofizit təriqətli kilsələrdən fərqli cəhəti ondan ibarətdir ki, bu altar acıqdır və ibadətə gələnlər keşişin orda etdiyi hərəkətləri görə bilər. Altarların döşəmə səviyyəsindən hündürlüyü İsa peyğəmbərin təbiyyətinə olan müasibətədən doğur. İsa peygəmbərin ilahi və insani təbiyyətini qəbul edənlər yəni diofizit keşiş ibaətə gələn xristianlardan çoxda hündür olmayan altarda dini ayini icra edir. İsanin ilahi və insani təbiyyətini qəbul edib, lakin insani təbiyyətin ilahi təbiyyətdə əridiyini düşünən monofizit keşiş isə ibadətə gələn mömunlərədən yüksəkdə dəyanaraq dini ayini icrasini həyata keçirir.
    Qafqaz Albaniyası ərazisində hər iki altara malik kisələrə rast gəlinmişdir. Xristianlığın hər hansı bir təriqətinə ibadətədə olan dindar şəxsin irqi və milli mənsubiyyət göstəricisi daşımadığı üçün kilsə altarlarında olan bu cür fərqlər təbii qəbul edilməlidir. Misal üçün Azərbaycan ərazisində hakim İslam dinin həm sünni həmdə ki, şiə təriqətləri hakim mövqeyə sahibidir və təriqət fərqlərinin bəzi elementləri məscid inşasınada sirayət etmişdir. Azərbaycan ərazisində aparılan axeoloji və memarlıq bərpa işləri zamanı əksər kilsələrin altar hissələrində zamanla bu kimi təqiqət dəyişikliyi izlənmişdir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR