AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir: "Azərbaycanda fermerlərə daha çox gəlir gətirən bitkilərin əkilməsi təşviq edilir"

  • + A
  • - A
  • Bu gün, 12:56

    Nazir: "Azərbaycanda fermerlərə daha çox gəlir gətirən bitkilərin əkilməsi təşviq edilir"


    Bu gün Azərbaycanın aqrar siyasətinin ana istiqamətindən biri fermerlərə daha çox gəlir gətirən bitkilərin əkilməsini təşviq etməkdir.

    Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən "İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, fermerlərin gəlirləri əhəmiyyətli rol oynayır: "Daha dəyərli bitkilərin əkilməsini təşviq edirik. Kənd Təsərrüfatı Nazirliyi olaraq özümüzü iqlimə dayanıqlı kənd təsərrüfatı strategiyasının mərkəzində görürük".

    O əlavə edib ki, iqlimə dayanıqlılıq fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR