AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Gəncə Avtomobil Zavodu Belarusla yeni müqavilə imzaladı”

  • + A
  • - A
  • Bu gün, 16:30

    “Gəncə Avtomobil Zavodu Belarusla yeni müqavilə imzaladı”

    Gəncə avtomobil zabodu İB-i kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair müqavilə imzalanıb.
    Azərbaycanın Baş Naziri Əli Əsədovun Belarusun Baş naziri Aleksandr Turçinlə görüşünün nəticəsi olaraq Minskdə Belarusun kommunal və yanğınsöndürmə texnikasının Azərbaycana tədarükü ilə bağlı yeni müqavilə imzalanıb. Sənədə əsasən Minsk Avtomobil Zavodu, “POZHSNAB” MMC və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Azərbaycana 80 MAZ markalı kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair üçtərəfli razılığa gəliblər. Gəncə avtomobil zavodu İB-nın mətbuat xidmətindən verilən məlumata görə sənədi Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev, BELAVTOMAZ holdinqinin idarəedici şirkəti olan MAZ ASC-nin baş direktoru Valeri İvankoviç və POZHSNAB MMC-nin direktoru Oleq Deryabin imzalayıblar. Bu sənəd Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 2024-cü ilə qədər uğurla həyata keçirilən avadanlıqların təchizatı layihəsinin davamıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR