Etibar Əliyev,
Millət vəkiliTanınmış jurnalist Arif Əliyevin ssenari müəllifi olduğu “Əsgərlər unudulanda ölürlər” adlı sənədli filmininə dəfələrlə baxmaq lazımdır. 1920-ci ildə Rusiyanın Azərbaycanı işğalı zamanı 70-minlik işğalçı qüvvənin qarşısına çıxan 350 nəfərlik Yalama qarnizonunun qəhrəmanlığından bəhs edən film tarixi materiallarla çox zəngindir. Sənədli filmdən məlum oldu ki, Rus ordusuna qarşı döyüşdə şəhid olmuş əsgərlərimizi stansiyadan 100 metr kənarda, köhnə qəbirstanlığın yanında basdırıblar. Sovet vaxtı izi itirmək üçün kolxoz sədri Bəşir kişi həmin yeri şumladıb qarpız əkir. Qarpızlar əzablı insan sifətinə bənzər şəkildə yetişdiyindən sonradan heç kim o sahəyə yaxın durmayıb.
1185-ci ildə Yaponiyada imperator taxt-tacına Antoku adlı bir şəxs sahib olur. O, həm də Xeyke Samuray klanının nominal başçısı idi. Bu klan daima Qendzi klanı ilə qanlı müharibə aparırmış. Klanlar arasında həlledici dava 26 aprel 1185-ci ildə Yapon dənizinin içəri hissəsində baş verir. Xeykenin hərbi donanması darmadağın edilir və minlərlə döyüşçü tələf olur.
Böyük Amerika astrofiziki Karl Saqan “Kosmos” kitabında yazır: “Dənizçilər danışırmışlar ki, döyüş gedən ərazidə ovladıqları xərçənglərin çoxunun belində Xeykenin samuraylarının sifətini xatırlayan aydın cizgilər görürmüşlər. Dənizçilər bu xərçəngləri yemir və kədərli hadisəni yad etmək məqsədilə dənizə buraxırmışlar.
P.S.Maraqlıdır ki, Yalama döyüşü də 26 apreldə baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.