AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu qidalardan gündə bir ovuc yesəniz…

  • + A
  • - A
  • 22-06-2024, 15:58

    Bu qidalardan gündə bir ovuc yesəniz…

    Vitamin, mineral, lif və zülallarla zəngin olan çərəzlər sağlamlıq mənbəyidir. Araşdırmalar göstərir ki, bu qidalar ürək, xərçəng, dəri, nevroloji və s. problemlərə müsbət təsir edir.

    Bu barədə dietoloq Betül Serttaş məlumat yayıb.

    O bildirib ki, fındıq, badam, fısdıq və qoz kimi qidaları gündəlik rasiona daxil etməklə bir sıra xəstəliklərin önünü əngəlləmək olar.

    Fındıq

    Antioksidant deposu olan fındıq E vitamini, fol turşusu, mono-doymamış yağ turşuları ən yaxşı qida qaynaqlarından biridir. Bu, canlı dəriyə, güclü saçlara və dırnaqlara sahib olmağa imkan verir. Mono-doymamış yağlar bədəndən zərərli maddələri çıxarır, qan yağlarını azaldır, hüceyrə bütövlüyünü, gözün və beynin tor qişasını qoruyur. 1 ay ərzində gündə 30-45 qram duzsuz, qovrulmamış, yəni təqribən 1-1,5 ovuc fındıq istehlak edən fərdlərdə ürək-damar sağlamlığına mənfi təsir göstərən LDL xolesterinin səviyyəsinin azaldığı müəyyənləşib.

    Badam

    Bu qida qan təzyiqini, LDL-ni aşağı salan və faydalı xolesterol olan HDL-ni artıran təsirə malikdir. Beləliklə, badam ürəyi və ürəyə gedən damarları qoruyur. Tərkibindəki sink sayəsində çiy badamın müntəzəm istifadəsi saçları güclü və parlaq edir, dırnaqların qırılmasının qarşısını alır.

    Fıstıq

    Bu çərəzdə yüksək miqdarda maddələr mübadiləsini tənzimləyən B1, B3, B6 vitaminləri, fol turşusu, dərinin qurumasının qarşısını alan antioksidant - vitamin E var. Həmçinin fosfor, maqnezium və kalium kimi mineralları da ehtiva edir.

    Fol turşusu ilə zəngin olduğu üçün beyin inkişafına kömək edir. Araşdırmalar göstərir ki, gündə bir ovuc fıstıq yemək qan şəkərinə müsbət təsir göstərir.

    Qoz

    C vitamini, B vitaminləri (B6 vitamini, tiamin, riboflavin, niasin, pantotenik turşusu və folat), E vitamini, kalsium, kalium, dəmir, maqnezium, sodyum və sink kimi minerallarla zəngin olan qoz dərinin elastik və nəm olmasını təmin edir, ürək ritmindəki pozuntuların qarşısını alır. Həmçinin Omeqa-3 yağ turşularının ən yaxşı bitki qaynaqlarından hesab olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR