Azadmedia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və onun tabeliyindəki müəssisələr üçün 2025-ci il ərzində nəzərdə tutulan yumşaq inventarların satın alınması ilə bağlı elan olunmuş tender ləğv edilib.
Dövlət Satınalmaları Reyestrinə görə, müsabiqənin ləğvinə səbəb olaraq satınalmada iştirak edən təchizatçıların sayının üçdən az olması göstərilib. Qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən, tələb olunan minimum iştirakçı sayı təmin edilmədiyindən satınalma proseduru baş tutmayıb.
Nazirliyin ehtiyacları üçün nəzərdə tutulan inventarların alınması ilə bağlı yeni müsabiqənin elan olunacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.