AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdamda 10 milyonluq tikinti tenderi – Qalib məlum oldu

  • + A
  • - A
  • Bu gün, 19:39

    Ağdamda 10 milyonluq tikinti tenderi – Qalib məlum oldu

    İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində növbəti böyük tenderin qalibi məlum olub. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən elan edilən “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-140 üzrə binaların tikintisi işləri” üzrə tenderi “TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyəti udub.

    Azadmedia.az xəbər verir ki, layihənin ümumi dəyəri 8 milyon 228 min 723 manat 62 qəpik təşkil edir. Satınalma prosesində ehtimal olunan qiymət 10 milyon 46 min 914 manat göstərilmişdi.

    Rəsmi məlumatlara görə, “TURAN.İ.O” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, hazırda qanuni təmsilçisi Orxan Sadıxov Sultan oğludur. Şirkət ƏDV qeydiyyatındadır, aktiv fəaliyyətdədir və riskli vergi ödəyicisi hesab olunmur. Bununla belə, 2023-cü ildə vergi hesabatını vaxtında təqdim etmədiyinə görə 40 manat maliyyə sanksiyası tətbiq edildiyi bildirilir.

    Qeyd edək ki, Ağdam şəhərində yeni yaşayış massivlərinin salınması “Böyük Qayıdış” proqramının əsas istiqamətlərindən biridir. Bu tenderin icrası nəticəsində O-140 məhəlləsi üzrə çoxmənzilli binaların tikintisi həyata keçiriləcək.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR