Salyan Rayon İcra Hakimiyyəti şəhərin küçələrində yolların əsaslı təmiri üçün iri məbləğli tender keçirib. Rəsmi məlumatlara görə, satınalma prosesinin qalibi “VNM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Azadmedia.az xəbər verir ki, layihənin ümumi dəyəri 1 milyon 328 min 483 manat 05 qəpik təşkil edir. Müqavilənin icrası nəticəsində Salyan şəhərinin küçə və prospektlərində yol infrastrukturunun yenilənməsi, asfalt örtüyünün bərpası və digər təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Vergi Məcəlləsinə görə yoxlamalarda şirkətin riskli vergi ödəyicisi olmadığı, ƏDV qeydiyyatında olduğu və aktiv fəaliyyət göstərdiyi qeyd edilib. “VNM İnşaat” MMC 2023-cü ilin mart ayında dövlət qeydiyyatına alınıb və hazırda qanuni təmsilçisi Vüqar Nağıyev Məmməd oğludur.
Qeyd edək ki, son illərdə Salyan şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində bir sıra layihələr icra olunub. Yeni müqavilə isə bu prosesin davamlı xarakter daşıdığını göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.