AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

40 manatlıq sanksiya görmüş şirkət Dövlət Neft Fondunun tenderini qazandı

  • + A
  • - A
  • 4-09-2025, 19:42

    40 manatlıq sanksiya görmüş şirkət Dövlət Neft Fondunun tenderini qazandı

    Azərbaycan Respublikası Dövlət Neft Fondu havalandırma avadanlıqları üçün sərfiyyat materiallarının satın alınması ilə bağlı tender keçirib. Rəsmi məlumata görə, müsabiqənin qalibi “İFM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

    Satınalmanın ehtimal olunan qiyməti 34 min 974 manat 10 qəpik göstərilsə də, müqavilə məbləği 28 min 992 manat 60 qəpik təşkil edir.

    Şirkət barədə açıqlanan məlumatlara görə, “İFM” MMC 2023-cü ilin may ayında dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Mahmud Muradov Şəfaət oğludur. Şirkət aktivdir, ƏDV qeydiyyatındadır və riskli vergi ödəyicisi hesab olunmur.

    Bununla belə, 2024-cü ildə vergi hesabatını vaxtında təqdim etmədiyinə görə şirkətə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

    Dövlət Neft Fondunun bu satınalması ilə bağlı müqavilənin icrası nəticəsində Fondun havalandırma sistemləri üçün ehtiyat və sərfiyyat materiallarının təmin edilməsi nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR