Al Günəşlə açılır dan!Doğulubsan alovlardan! Odlar Yurdu-Azərbaycan! Öz adın var,ünvanın var!
Nemətləri aşıb daşan,
Nəğmə yazıb şeir qoşan
Göydə Günlə qucaqlaşan
Öz arzun var, muradın var!
Şimşəklərdən taxdın qanad,
Səadətlə gülür həyat!
Ömrün azad,günün azad,
Min toyun var, büsatın var!
Əzəmətdə dağ tək duran, Gecə-gündüz qəlbi vuran, İlham kimi Ordu quran, Pəhləvantək övladın var!
Bir qılıncdır üzü dönməz!
Bir Ocaqdır odu sönməz!
Özü ölməz, sözü ölməz!
Heydər kimi Ustadın var!
İmza: Fərid M. Bayramlı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.