AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıt Musiqi Kollecinin tələbəsi ümumrespublika müsabiqəsində birinci oldu

  • + A
  • - A
  • 1-11-2021, 12:03


    Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə “Payız əfsanələri 2021” beynəlxalq incəsənət və rəqs müsabiqəsi baş tutub.

    AzadMedia.az xəbər verir ki, “Qələbə-Zəfər yolu” mövzusunda təşkil edilən müsabiqədə Sumqayıt Musiqi Kollecinin tələbəsi İmranlı Fərid Ayaz oğlu 16-25 yaş kateqoriyasında birinci yerə layiq görülüb. Fərid İmranlı tarda Adil Bəbirovun “Konsert-pyesi” əsərini ifa edib. Fərid İmranlının müəllimi Ayaz İmranov, konsertmeyster Sevinc Süleymanova olub.

    Məlumat üçün qeyd edək ki, Fərid İmranlı bir müddət öncə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşmüş, maraqlı musiqi əsəri ilə diqqət çəkmişdir. (//moderator.az/medeniyyet/398521/genc-tarzen-turkiyenin-azerbaycandaki-sefiri-cahit-baci-ile-grusub/ ).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR