AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi təşkil olunacaq

  • + A
  • - A
  • 2-11-2021, 22:23


    Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Vətənimizin ərazi bütövlüyünü bərpa etdi. 8 Noyabr – Zəfər Günü ilə əlaqədar 5 noyabr 2021-ci il – 31 yanvar 2022-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi təşkil olunacaqdır.

    Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondlarından seçilmiş Qarabağın qədim tarixini, mədəniyyətini və incəsənətini özündə əks etdirən eksponatlarla yanaşı, əslən Qarabağdan olan görkəmli sənət dühalarımızdan – Üzeyir Hacıbəylinin, Bülbülün və Niyazinin ev-muzeylərində onlara məxsus sənədlər, şəxsi əşyalar, hədiyyələr, fotolar, afişalar və digər qiymətli nümunələr təqdim olunacaqdır.

    Sərginin məqsədi Qarabağa aid sənət incilərinin nümayiş etdirilməsi ilə yanaşı, bölgədə və onun tacı olan Şuşa şəhərində mövcud olmuş abu-havanı, böyük sənətkarların yetişib boya-başa çatmasını şərtləndirən mühiti canlandırmaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR