Ziya Məmmədov dəniz kənarında olan villasını 50 milyona satışa çıxardı - Fotolar
Azərbaycanın Nəqliyyat Naziri Ziya Məmmədov Bakı yaxınlığındakı dənizkənarı villasını təcili satmaq qərarına gəlib
Bu barədə etibarlı mənbə məlumat verib.
Məlumatda qeyd edilir ki, son günlər Ziya Məmmədova qarşı mətbuatda hucumların artması, həmçinin hakimiyyətin yuxarı eşalonunda ona və oğlu Anar Məmmədova qarşı kəskin neqativ rəyin formalaşmasını "sonun başlanğıcı” kimi qiymətləndirən nazir-oliqarx bahalı mülkiyyətlərini təcili satmağa qərar verib və Bakı yaxınlığındakı dənizkənarı villasını 50 milyon dollara satışa çıxarıb. Bundan sonra Moskvadakı oliqarxlardan biri müştəri çıxıb və dünən nəqliyyat nazirinin bu bahalı mülkünə baxış keçirib.
Etibarlı mənbə həmçinin qeyd edib ki, Ziya Məmmədov bəzi qohumlarının adına sənədləşdirilmiş xaricdəki bəzi mülk və obyektləri tamam başqa, kənar şəxslərin mülkiyyətinə keçirlməsi üçün göstəriş verib. Avropa.info-nun araşdırması nəticəsində məlum olub ki, nazirin Qaradağ rayonu Sahil qəsəbəsinin yaxınlığında , düz Xəzər dənizinin kənarında yerləşən və özəlliyi ilə fərqlənən villası satışa çıxarılıb.
Qeyd edək ki, tikintisi 2012-ci ildə başlanan , 2013-cü ildə isə yekunlaşan villanın zirzəmisində şəxsi yaxtanın yön alması üçün xüsusi qaraj var. Nazirin yay fəslində burada dincəldiyi və şəxsi yaxtası ilə dənizə çıxdığı bildirilirdi. Oliqarx -nazirin bu villanı ancaq katerlə və şəxsi yaxtası ilə dənizdə istirahət etmək üçün tikdirdiyi bildirilirdi. Ziya Məmmədovun iyun ayından etibarən istirahət üçün tez-tez dəniz kənarındakı bu nəhəng mülkinə gəlirmiş. Qış vaxtları isə mühavizəçidən başqa villada heç kim yaşamırdı. Nəhəng villanın tikintisində olduqca bahalı materiallardan istifadə olunub. Təkcə villanın fasadının düzəldilməsi üçün yarım milyon dollardan çox vəsait sərf olunduğu bildirilir. Ümumilikdə isə villanın dəyəri milyonlarla dollar həcmində ölçülür. Nazir-oliqarxın qonşuları da kasıb adamlar deyil. Məsələn, Ziya Məmmədov "Azəryol” servisin rəhbəri, deputat Cavid Qurbanovla qonşudur.
Ötən gün isə Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun villasının satışa çıxarılması barədə məlumatlar yayılmışdı. (Bakunews)