Yeganə Hacıyeva, politoloqİranın Azərbaycandakı səfiri Abbas Musəvi twitter hesabında Lahıcda çəkdiyi videogörüntüləri paylaşıb.
Videoda bir yerli Lahic sakininin mağazasına baş çəkənib , mağaza sakini də səfirlə unsiyyətdə tat dilində şeirin bir sətrini oxuyub.
Sətrin mənası ondan ibarətdir ki, İran şirin Mazəndaranın və şirin Hindistanın ürəyidir.
Videoya şərh kimi İran səfiri yazıb ki, “ dünya bir bədəndir, iran isə onun ürəyidir və həm də əlavə edib ki, tat dili də fars dilinin bir qoludur”.
İranın anti-Azərbaycan telekanalı “Səhər"də bu video və tviiti , Azərbaycanın İrandakı səfirinin “Təbriz gecələri gözəldir” tvitinə cavab adlandıraraq tirajlayıb.
Amma !
İran səfiri tvitini Azərbaycanın İrandakı səfirinin tvitinə özünəməxsus cavab kimi yazıb , amma bu sətrlərin məşrutə dövrü İran şairi İyrəc Mirzənin poeiyasından götürüldüyündən xəbərsizdir.
İyrəc Mirzə İrana ziyan vuran mollaların və müftilərin zərərindən yazan şair kimi məhşur idi .
Mirzənin məhz bu şeirinin növbəti bəndi elə molla və müftilərin zərərindən bəhs edən sətirlərdir.
Əslində Lahıclı qardaşımız İranın səfirindən daha böyük diplomatdır və bu həssas günlərdə “suları bulandırmaq” cəhdi ilə Lahıca səfər edən agayi Musəviyə diplomatik tərzdə cavab verib ki, hazırda İranlı gənclər elə İyrəc Mirzənin 100 il əvvəl dediyi sözlərin aktuallığını təsdiq edir və bu ölkədəki din adına xürafata qarşı etiraz edirlər.
Ayaqqabını geyinmək olur, amma əsas yerişi yeriməkdir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.