AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Overçuk: "Rusiya-Azərbaycan sərhəd hissəsi ilə yük dövriyyəsi 13 % artıb

  • + A
  • - A
  • Bu gün, 14:08

    Overçuk: "Rusiya-Azərbaycan sərhəd hissəsi ilə yük dövriyyəsi 13 % artıb


    Bu ilin birinci yarısında Rusiya-Azərbaycan sərhəd hissəsi ilə yük dövriyyəsinin həcmi 13 % artaraq 6,8 milyon ton təşkil edib.

    Bunu ölkənin Baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə bildirib.

    "Rusiya-Azərbaycan dövlət sərhədində yerləşən avtomobil keçid məntəqələrinin buraxılış qabiliyyətini beş dəfə - gündəlik 400-dən 1 900 yük nəqliyyat vasitəsinə qədər artırmağa imkan verən tədbirlər gördük. Novo-Filya, Tahirkənd-Qazmalar və Yaraq-Qazmalar avtomobil keçid məntəqələrinin yenidən qurulmasından sonra Rusiya tərəfində yük nəqliyyatı üçün ümumi buraxılış qabiliyyəti gündə 3 min nəqliyyat vasitəsi təşkil edəcək", - o bildirib.

    A.Overçuk qeyd edib ki, bu ilin yeddi ayı ərzində Azərbaycandan Rusiyaya idxal 9,5 % artaraq 742,4 milyon ABŞ dolları təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR