Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət növbəti satış-sərgi 3 saylı DOST Mərkəzində keçirilib.
7 saat davam edən satış-sərgidə 10-dək sənət növü (xalçaçılıq, toxuculuq, rəssamlıq, oyma və s.) üzrə 1000-ə yaxın əl işi nümayiş edilib.
Sosial Xidmətlər Agentliyi, DOST Agentliyi, ASAN xidmət və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu satış-sərgilərə aprel ayında start verilib.
Ötən müddət ərzində sərgi iştirakçıları hazırladıqları müxtəlif əl işlərini 1 və 3 saylı DOST Mərkəzləri, 1 və 4 saylı, həmçinin 5 saylı ASAN Xidmət Mərkəzləri və Bakı Gənclər Mərkəzində nümayiş etdirmək və satmaq imkanı əldə ediblər. Ümumilikdə 6 satış-sərgisinə 37 iştirakçı qatılıb və onların 200-ə yaxın əl işi satılıb.
Qeyd olunan satış-sərgilərin təşkili əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsi məqsədi daşıyıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.