AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənilər Qafan mis zavodunun tullantılarını birbaşa Oxçuçaya axıdır

  • + A
  • - A
  • 4-06-2021, 15:37


    Ermənilər Qafan mis zavodunun tullantılarını birbaşa Oxçuçaya axıdır. Azadmedia.az xəbər verir ki, bu barədə ETSN-in müavini Vüqar Kərimov media üçün təşkil olunan mətbuat konfransında məlumat verub. Nazir müavini qeyd edib ki, su ehtiyatlarının düzgün idarə olunması təşkil olunmalıdır. Çünki Azərbaycan su ehtiyatı az olan ölkələr siyahısına daxildir. Bu məsələ həmişə cənab Prezudent İlham Əliyevin də diqqətində olub. Keçən il iyunun 20-də tədbirlər planı da imzalanıb bununla bağlı. İşğaldan azad olunmuş əraziİlərə qayıdışla əlaqəli su anbarlarının təmiri diqqət mərkəzindədir. Çox təəssüf ki, işğal nəticəsində su resuslarımıza ciddi ziyan dəyib. Ermənistan ərazisinsın keçən 4 çayımız var. Analiz və monitodinq göstərir ki, bu çaylarda çirklənmə çpx yüksəkdir. Transsərhəd çaylar Araz, Oxçu, Bərgüşad, Bəsitçay çayı. Ən çox çirklənən Oxçuçaydır. Qafanda mis zavodunun tullantıları birbaşa çaya axır. Çayın genofondu məhf olmaq ərəfəsindədir. V. Kərimov onu da qeyd etdi ki, çaylardan götürülmüş analizlərin nəticəsi xarici ölkədə araşdırılır ki, gələcəkdə mübahisə yaranmasln.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR