AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təcrübə-Sənaye Zavodunun direktor müavini “Azərbaycan Həmkarlar İttifaqları – 115 il” yubiley döş nişanı ilə təltif edilib

  • + A
  • - A
  • 3-03-2021, 17:18


    AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunun direktor müavini, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov Azad Həmkarlar İttifaqları Konfederasiyasının “Azərbaycan Həmkarlar İttifaqları – 115 il” yubiley döş nişanı ilə təltif edilib.

    Yubiley döş nişanını S.Rüstəmova AMEA Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru Habil Qurbanov təqdim edib.

    Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqlarının 115 illiyi münasibətilə təsis olunan yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatındakı səmərəli fəaliyyətinə görə S.Rüstəmovla yanaşı, AMEA-nın 7 əməkdaşı da təltif olunub.

    Xatırladaq ki, S.Rüstəmov Texnopark və onun rezidentlərinin Vətən Müharibəsi dövründə silahlı qüvvələrimizə dəstək təşəbbüsündə yaxından iştirak etmiş, AMEA-nın Azad Həmkarlar İttifaqı, YT Park və Təcrübə-Sənaye Zavodunun Həmkarlar Komitəsinin dəstəyi ilə həyata keçirilən, ümumi məbləği 45.000 manat olan yardımların Ordumuza çatdırılması işində xüsusi fəallıq göstərmişdir. Bu yardım Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi mühərrik yağları, əsgərlərimiz üçün zəruri tələbat malları, şəxsi gigiyena vasitələri, tibbi ləvazimatlar, Naftalan yağı, isti paltar və s.-dən ibarət olmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR