Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamlarla ölkəmizin ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdikləri üçün təltif edilən hərbi qulluqçulardan biri də “DOST İş” Mərkəzinin direktoru Firudin Cəbrayılovdur.
"AzadMedia.az xəbər verir ki, o, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Bundan əvvəl isə ötən ilin dekabr ayında dövlət başçısının Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.
İkinci Qarabağ müharibəsinin ilk günlərindən səfərbərlik çərçivəsində ordu sıralarına qatılan F.Cəbrayılov ehtiyatda olan zabit - baş leytenant, tağım komandiri kimi şərəfli döyüş yolu keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.