AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ASK ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında Anlaşma Memorandumu imzalandı

  • + A
  • - A
  • 8-07-2021, 10:26


    Azərbaycan Sahibkarlar Konfederasiyası Ilə Təbriz Ticarət, Sənaye Və Mədənlər Palatası Arasında Anlaşma Memorandumu Imzalandı
    İyulun 6-da Azərbaycan Sahibkarlar Konfederasiyasında İran İslam Respublikasının Şərqi Azərbaycan (Təbriz) valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

    Azərbaycan Sahibkarlar Konfederasiyasın prezidenti Məmməd Musayev dost ölkədən olan nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirərək, ölkəmizdəki biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda Azərbaycanın MDB, Türkiyə və Avropa bazarlarına geniş çıxış imkanları, logistika infrastrukturu barədə barədə qonaqlara ətraflı məlumat verib.

    Əli Cahangiri 44 günlük Vətən müharibəsində Azərbaycanı qazandığı qələbə münasibətilə təbrik edərək, ərazilərimizin azad olunmasının hər iki ölkə arasında iqtisadi əlaqələr üçün yeni imkanlar yaratdığını bildirib. O, Təbrizin tarixən sənətkarlar şəhəri olduğunu və şəhərdə 4 minədək zavodun, eləcə də 27 minədək kiçik və orta sahibkarlıq subyektinin fəaliyyət göstərdiyini qeyd edib. Ə.Cahangiri təmsil etdiyi bölgənin və ümumilikdə İranın böyük iqtisadi və investisiya potensialı, Azərbaycan və İran sahibkarlarının birgə müəssisələr yaradaraq iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və gələcəkdə bu məhsulları üçüncü ölkələrə ixrac etmək imkanları barədə fikirlərini bölüşüb.

    Bu kontekstdə Azərbaycan Sahibkarlar Konfederasiyasının da üzvü olduğu Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin fəaliyyəti və bu platforma üzərindən 30-dək ölkəyə, eləcə də Rusiya bazarına çıxış imkanları barədə qonaqlara məlumat verilib.

    Ə.Cahangiri Xudafərində İran və Azərbaycan məhsullarının sərgi və satış yarmarkasının keçirilməsi, gələcəkdə müştərək sərbəst bazar zonasının yaradılması və Təbrizə biznes-missiyasının təşkili ilə bağlı təkliflər irəli sürmüşdür. Görüş, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etmişdir.

    Daha sonra, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum, birgə fəaliyyət üçün sənaye sahələrinin müəyyənləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanması üçün potensial imkanların müəyyən edilməsi kimi məqsədləri əhatə edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR