AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

  • + A
  • - A
  • 1-11-2020, 17:40



    Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıya işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı ilə görüşü keçirilib.

    Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

    Nazir Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəslə bağlı razılıqlara rəğmən Azərbaycanlı dinc əhalinin atəşə tutması, Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alması, beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə həmkarına məlumat verib.

    Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğulayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR