Ceyhun Bayramov Hakan Fidanla görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib.
Azərbaycan XİN-in yaydığı məlumata əsasən, Hakan Fidanı Bakıda xarici işlər naziri Ceyhun Bayramov qarşılayıb.
Səfər Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, eləcə də qardaşlıq əlaqələrinin inkişafının göstəricisi kimi qiymətləndirilir.
Görüşün davamında Ceyhun Bayramov və Hakan Fidan arasında təkbətək danışıqlar keçirilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.