Azadmedia.az xəbər verir ki, Eskişehir Azərbaycan Dərnəyi Gənclər Birliyi tərəfindən Özdilek İncəsənət Mərkəzində mükafatlı "Bermuda" intellektual yarışı keçirilib.
Belə ki, sualların hazırlanmasında Eskişehir Azərbaycan Dərnəyi Gənclər Birliyinin sədri Kimya eksperti Nurlan MAARİF yarışın təşkilində və sualların hazırlanmasında aktif iştirak edib.
Yarış başlamazdan əvvəl qaydalar izah edilib. Açılış nitqi üçün dərnəyin sədri Uzm. Əcz. Cavid AYDIN səhnəyə dəvət edildi və bütün iştirakçılara uğurlar arzulandı. Müəyyən qaydalara tabe olan yarışda hər birində 4 nəfərlik qruplar olmaqla 20 komanda iştirak edib. Suallar çətinlik dərəcəsinə görə 50-100 balla qiymətləndirilib. Mədəniyyət, ədəbiyyat, biologiya, coğrafiya, incəsənət, texnologiya, kimya, siyasət, riyaziyyat, idman, musiqi, tarix, fizika, fəlsəfə sahələri üzrə bir-birindən maraqlı suallar verilib.
Yarışı 1030 xalla maliyyə eksperti Bəxtiyar QARAYEV (komandanın kapitanı), Hafiz QARAŞLI, Hikmət ƏHMƏDZADƏ və Fuad MAHMUDLU-nun yer aldığı "Sumqayıtın 50 Tonu" intellektual yarışı qalibiyyətlə başa vurub.
Eskişehir Azərbaycan Dərnəyinin sədri Uzm. Əcz. Cavid AYDIN tərəfindən qalib komandanın üzvlərinə mükafat olaraq 29.12.2021 tarixində keçiriləcək “ Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi”nə dəvətnamələr təqdim edilib.
Sonda qalib komanda təbrik edildikdən sonra digər iştirakçılara təşəkkür edilib və xatirə şəkli çəkdirilib.
Eskişehir Azərbaycanlılar Dərnəyi
Layihə koordinatoru
Fin. Uzm. Bəxtiyar QARAYEV