Universal peyvəndlənmə üçün səylərin artırılması - ÖZƏL
Universal peyvəndlənmə üçün səylərin artırılması
25 fevral 2022-ci il tarixdə BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlər adından videoformatda çıxışı təqdim olub. Cənab Prezident çıxışında bir şox mühüm məsələlərə öz münasibətini bildirmişdir. Bildirilmişdir ki, COVİD-19 ilə mübarizədə, onun nəzarət altında saxlanılması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundemental rolu olmuş və Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır. Bu istiqamətdə Qoşulmama Hərəkatının fəaliyyəti yüksək qiymətləndirilmişdir. Cənab Prezident qeyd etmişdir ki, “Pandemiya başlandığı dövrdən Qoşulmama Hərəkarı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal səfərbər edərək , pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür”2020 –ci ilin dekabrında BMT Baş Assambleyasının COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “ COVİD-19” pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.Cənab Prezident Ilham Əliyev ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edərkən, bildirmişdir ki, Azərbaycan COVİD-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. Ölkəmizdə peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvar ayında başlanıb. Bu günə kimi 18 yaşdan yuxarı əhalinin 68 faizinə peyvəndin iki dözası vurulub. COVİD-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəsdəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və hümanitar yardım göstərmişdir. Bununla bərabər, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda ölkəmiz tərəfindən Qoşulmama Hərəkarına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.Cənab Prezident Qoşulmama Hərəkatının bu istiqamətdə təşəbbüslərini davam etdirəcəyini bildirərək demişdir: “ Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Hərəkatımız post-COVİD-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək”. Ülfət Məmmədov - Masallı Rayon Statistika İdarəsinin rəis müavini
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR