AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadın Dəstək Xəttinə Dair Sosial Çarx İşarət Dili ilə Təqdim Edildi

  • + A
  • - A
  • 25-04-2025, 22:25

    Qadın Dəstək Xəttinə Dair Sosial Çarx İşarət Dili ilə Təqdim Edildi

    İşarət Dilinin Rəsmi Təsdiqi Günündə Əlilliyi olan Qadınlar üçün Vacib Addım: Qadın Dəstək Xəttinə Dair Sosial Çarx İşarət Dili ilə Təqdim Edildi


    Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 aprel 2025 tarixli qərarı ilə işarət dili rəsmi ünsiyyət dili kimi TƏSDİQLƏNDİ!

    Bu qərar yalnız bir kommunikasiya vasitəsinin tanınması deyil, uzun müddət cəmiyyətdə səssiz qalan minlərlə insanın, xüsusilə də şiddət və ayrı-seçkiliklə üzləşən qadınların səsinin eşidilməsi və onların hüquqlarının tanınmasının rəsmi təsdiqidir.

    İşarət dilinin rəsmi təsdiq edilməsi günü münasibətilə, Ümidli Gələcək İctimai Birliyinin xidmət mərkəzi olan Qadın Dəstək Xətti və “Səssiz Ünsiyyət -Jest Dilini İnkişafına Dəstək İctimai Birliyi birgə əməkdaşlıq çərçivəsində mühüm təşəbbüsə imza atıblar. Əməkdaşlığın əsas məqsədi — xüsusilə eşitmə qabiliyyəti məhdud olan qadınların Qadın Dəstək Xətti barədə məlumatlandırılması, onlara göstərilən sosial və psixoloji dəstək xidmətlərindən yararlanma imkanlarının artırılmasıdır.

    Bu çərçivədə Qadın Dəstək Xəttinə dair məlumatlandırıcı video sosial çarx surdo tərcümə (işarət dili ilə) olunaraq ictimaiyyətə təqdim edilib. Sosial çarx vasitəsilə eşitmə məhdudiyyətli qadınlar zorakılıq hallarında təcili yardım almaq, sosial-psixoloji dəstəyə yönləndirilmək və mövcud problemlərinin həlli istiqamətində lazımi xidmətlərə çıxış imkanları barədə ətraflı məlumat əldə edə biləcəklər.

    Bu təşəbbüs, əlilliyi olan qadınların cəmiyyətə inteqrasiyası və hüquqlarının müdafiəsi baxımından mühüm addım olmaqla yanaşı, onların təhlükəsizliyinin və rifahının təmin olunmasına xidmət edir.
    Video üçün linkə daxil olun:
    https://www.facebook.com/share/v/1BhaahySEm/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR