AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan İstanbulu zəlzələlərə hazırlamağa çağırıb

  • + A
  • - A
  • 28-04-2025, 22:40

    Ərdoğan İstanbulu zəlzələlərə hazırlamağa çağırıb


    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda 6,2 bal gücündə ciddi zəlzələnin baş verdiyi İstanbulda binaların seysmik müqavimətinin artırılmasını zəruri hesab edir.
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda tikililərin seysmik dayanıqlığının gücləndirilməsi üzrə işlərin tezliklə həyata keçirilməsi ilə bağlı göstəriş verib, bu barədə dövlət başçısı Nazirlər Kabinetinin iclasında şəhərin güclü zəlzələlərə hazırlığının müzakirə edildiyini bildirib.

    "Bizim vəzifəmiz ünsürlər qapımızı döyənə qədər şəhəri mümkün qədər tez zəlzələyə hazırlamaqdır" - deyən Dövlət başçısı vurğulayıb ki, bu məqsədi reallaşdırmaq üçün prosesin bütün iştirakçıları səylərini birləşdirməli, birgə tədbirlər həyata keçirməlidirlər.

    O xatırladıb ki, bu yaxınlarda İstanbulda maqnitudası 6,2-yə çatan zəlzələ xoşbəxtlikdən insan tələfatına səbəb olmayıb. Eyni zamanda, Ərdoğan 16 milyon əhalisi olan şəhərin yeni yeraltı təkanlara hazırlanması ilə bağlı sualların olduğunu diqqətə çatdırıb.

    Prezident aydınlaşdırıb ki, zəlzələdə 236 nəfər yüngül xəsarət alıb və panika əsas səbəb olub. Bundan başqa, yeraltı təkanlar 1903 evə cüzi ziyan vurub.

    Türkiyə lideri təbii fəlakətlərə, ilk növbədə zəlzələlərə hazırlaşarkən siyasi mübahisələrdən çəkinməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR