17 may 2025-ci il tarixdə Gənclər və İdman nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının və Aztest Group-un təşkilatçılığı ilə Bakı şəhəri Fəvvarələr meydanında növbəti V Autizm Festivalı təşkil olunacaq.
Bu barədə Festivalın təşkilat komitəsinin sədri Elnur Məmmədli məlumat verib.
Festivalda bu sahədə çalışan qurumlar öz işlərini və fəaliyyətlərini nümayiş etdirəcəklər. Festivalı keçirtməkdə məqsəd ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir. Festivalda autizmli ailələr və autizmli uşaqlarda iştirak edəcək. Festival səhər saat 10.00-dan başlayıb axşama kimi davam edəcək. Hər kəs dəvətlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.