AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əməkdar artist Cabir İmanovla vida mərasimi başlayıb

  • + A
  • - A
  • Bu gün, 11:58

    Əməkdar artist Cabir İmanovla vida mərasimi başlayıb

    Əməkdar artist Cabir İmanovla vida mərasimi başlayıb.

    Vida mərasimi hazırda Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilir.

    Mərasimdə Cabir İmanovun yaxınları, sənəd adamları və ictimaiyyət nümayəndələri iştirak edir.

    Qeyd edək ki, Cabir İmanov ötən gün günorta saatlarında vəfat edib.

    C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

    1992–2001-ci illərdə "Parni iz Baku" şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

    Ailəli idi, 4 övladı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR