AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 oktyabr – Ümumdünya Statistika günü

  • + A
  • - A
  • Bu gün, 13:30

    20 oktyabr – Ümumdünya Statistika günü


    Xalqəddin Hüseynov
    Xocavənd Rayon Statistika idarəsinin rəis müavini


    2025-ci il 4-7 mart tarixlərində keçirilmiş BMT-nin Statistika Komissiyasının 56-cı sessiyasında Ümumdünya statistika günü ilə bağlı BMT Baş katibinin məruzəsi təqdim olunaraq bu əlamətdar günün beynəlxalq, milli və regional səviyyədə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında keçirilməsi qərara alınmışdır.
    Statistika Gününün qeyd olunmasında əsas məqsəd müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına və istifadəçilərinə, o cümlədən vətəndaş cəmiyyətlərinə çatdırmaqdır. Bu günə əsasən, statistika sahəsindəki nailiyyətləri nümayiş etdirmək, iqtisadi və statistik təhlillər aparmaq, beynəlxalq yenilikləri ictimaiyyətə tanıtmaq və qarşıdan gələn Ümumdünya Statistika Günü ərəfəsində müzakirələr aparmaq məqsədi güdür.
    Cənab Prezident İlham Əliyevin Bakıda keçirilən 24-26 sentyabr tarixlərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır.
    Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildiyi gündən gündəlik qayğı və diqqət nəticəsində istər respublikada, istərsə də keçmiş İttifaq səviyyəsində Azərbaycan statistikasının nüfuzu getdikcə artmışdır. Buna əyani misal olaraq, ulu öndərin rəhbərliyi dövründə Azərbaycan Mərkəzi Statistika İdarəsinin mütəxəssislərinin SSRİ Mərkəzi Statistika İdarəsi tərəfindən Mali, Konqo və Kubaya rəsmi statistikanın yaradılması üçün ezam edilmələrini göstərmək olar. Ümummilli liderin rəhbərliyi dövründə bütün mötəbər iclaslarda, həmçinin ayrı-ayrı nazirliklərin, digər mərkəzi icra hakimiyyəti orqanlarının, rayon və şəhər rəhbərlərinin fəaliyyətləri müzakirə edilən bütün tədbirlərdə Mərkəzi Statistika İdarəsinin məlumatlarına xüsusi önəm verilirdi ki, bu da statistikanın rolunun və əhəmiyyətinin artmasına öz müsbət təsirini göstərirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə milli kadrların yetişdirilməsi sahəsində uzaqgörənliklə həyata keçirdiyi kadr siyasəti statistika sistemini də əhatə etmişdir. Bu dövrdə gənc milli kadrların statistika orqanlarında rəhbər vəzifələrə təyin olunması kütləvi xarakter almışdır. 1972-ci ildə isə Dövlət Statistika Komitəsinin yeni, müasir tələblərə cavab verən inzibati binası tikilib istifadəyə verilmiş, onun maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmişdir. Regionlarda da işçilərin iş şəraiti yaxşılaşdırılmışdır. Respublika rəhbərliyinin göstərişi ilə bir çox rayon və şəhər statistika idarələri üçün yeni inzibati binalar tikilmişdir. Bu qayğıya öz işləri ilə cavab verən Azərbaycan statistikləri əldə etdikləri nailiyyətlərə görə həm keçmiş SSRİ, həm də respublika daxilində müxtəlif nazirlik və komitələrin hesablama mərkəzləri arasında dəfələrlə ali mükafatlara təltif edilmişlər.
    Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də öz diqqət və köməyini statistikadan əsirgəməmişdir. Ulu öndərin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu statistika sahəsində yeni bir dövrün başlanmasına təkan vermişdir. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri"nin bütün tələbləri nəzərə alınmışdır.
    Müstəqillik dövründə əldə olunan nailiyyətlər 2010-cu ildə Avrostat, Avropa Azad Ticarət Assosiasiyası (AATA) və BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Avropa İttifaqının, BMT-nin Uşaq Fondunun (UNİCEF), Dünya Bankının Azərbaycanda olan mütəxəssisləri, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, 18 nazirlik, komitə və bankın, 5 kütləvi informasiya vasitəsinin, 4 yerli statistika orqanının nümayəndələri və Statistika Şurasının üzvləri də cəlb edilməklə həyata keçirilmiş milli statistika sisteminin ilk Qlobal Qiymətləndirilməsinin yekunlarında öz əksini tapmışdır. Təbii ki, bütün bunlar statistikaya inamın artmasına səbəb olmuşdur.
    Amma bu inamın artmasının əsas səbəbi Prezident İlham Əliyevin ölkə statistikasının inkişafını daim diqqətdə saxlamasıdır. Cənab İlham Əliyevin rəsmi statistikanın inkişafı ilə bağlı təsdiq etdiyi iki dövlət proqramı fəaliyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır. Beynəlxalq əlaqələr genişlənmiş, 13 ölkənin statistika orqanları ilə əməkdaşlığa dair sazişlər imzalanmışdır. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Statistika Komitəsi BMT-nin Statistika şöbəsi, Avropa İqtisadi Komissiyası, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNESCO, UNİCEF, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Statistika Bürosu, MDB Dövlətlərarası Statistika Komitəsi, Qara Dəniz Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarla və dünyanın 43 ölkəsinin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.
    Dövlət Statistika Komitəsi (DSK) və yerli statistika orqanları əhalinin siyahıyaalınması, kənd təsərrüfatı siyahıyaalınması kimi müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlər ölkənin sosial-iqtisadi vəziyyəti, əhalinin tərkibi, istehsal fəaliyyəti, o cümlədən kənd təsərrüfatı sahəsində torpaqlardan istifadə, heyvandarlıq, bitkiçilik və digər məlumatları əhatə edir. Bu məlumatlar statistik müşahidələrin, tədqiqatların, elmi araşdırmaların aparılması və beynəlxalq müqayisələrin təmin edilməsi üçün əsas rol oynayır.
    Gələcəkdə isə ölkə statistika sisteminin qarşısında mühüm vəzifələr durur. Bu vəzifələr Rəsmi statistika sahəsində strateji hədəflərin müəyyənləşdirilməsi məqsədilə “2026-2030-cu illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın layihəsinin hazırlanması və təsdiqi ilə bağlı zəruri tədbirlərin görülməsi, Statistik işlər proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin təmin olunması, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün zəruri tədbirlərin görülməsi, Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün statistik informasiya dəstəyinin göstərilməsi, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası”ndan irəli gələn vəzifələrə dair tədbirlərin vaxtında və keyfiyyətlə icrası, Rəsmi statistikada mikro məlumatlar əsasında analitik təhlil metodlarının, məlumat elminin və süni intellektin tətbiqi imkanlarının genişləndirilməsi ilə bağlı kadr potensialının gücləndirilməsi, Müasir statistik modellərin tətbiqi istiqamətində işlərin davam etdirilməsi, Yerli statistika orqanlarının fəaliyyətinin ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi, Keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi yolu ilə ilkin və yekun məlumatlarda yol verilən xətaların minimuma endirilməsi, məlumatların keyfiyyətinin daha da yüksəldilməsi, Statistika proseslərinin və KİS-in elektronlaşdırılması işlərinin davam etdirilməsi, DESAP özünüqiymətləndirmə anketinin Dövlət Statistika Komitəsinin struktur bölmələri tərəfindən tətbiqi işlərinin davam etdirilməsi, Milli statistik təsnifatlar sisteminin beynəlxalq standartlara uyğun inkişafı üçün müvafiq tədbirlərin görülməsi, Metaməlumatlar sisteminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi, Məlumatların və metaməlumatların aktuallığının saxlanılması, onların müvafiq standartlara uyğun formada yayılması yolu ilə daha geniş istifadəçi auditoriyasına nail olunması üçün tədbirlərin görülməsi, Dövlət qurumlarından əldə edilən inzibati məlumatların rəsmi statistikada istifadəsi imkanlarının genişləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi, İnzibati məlumatlardan rəsmi statistika məqsədləri üçün istifadə imkanlarının artırılması yolu ilə respondentlərin üzərinə düşən məlumat yükünün azaldılması, İstifadəçi tələbatı nəzərə alınmaqla yeni statistik məhsulların istehsalı istiqamətində müvafiq tədbirlərin görülməsi, Sorğular vasitəsilə istifadəçi tələbatının öyrənilməsi və istifadəçilərin məmnunluğunun maksimum təmin edilməsi, Yerli statistika orqanlarının fəaliyyətinin təhlil edilməsi və Dövlət Statistika Komitəsinin rəhbərliyinə məlumat verilməsi, Statistika sisteminin İKT avadanlığının və proqram təminatlarının davamlı olaraq yenilənməsi fəaliyyətimizin prioritet istiqamətlərini təşkil edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR