Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə 8 noyabr-Zəfər Günündə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Xocasən gölü ətrafında ağacəkmə aksiyası keçirilib.
Nazirliyin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə keçirilən ağacəkmə kampaniyası zamanı 2 hektar ərazidə 2000 ədəd Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində əkilən ağaclar ETSN-in tinglik sahələrində yetişdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.