Rusiya və ABŞ Ukraynadakı vəziyyətlə bağlı yanvarın 10-da danışıqlar aparacaq.
AzadMedia.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.
“Rusiyadan Ukrayna məsələsində irəliləyiş gözləyirik. Bununla belə, Rusiya ilə prinsipial diplomatiya aparmaq da zərurətə çevrilir”, - rəsmi qeyd edib.
Onun sözlərinə görə, danışıqlar masası arxasında hər iki ölkə öz narahatlıqlarını ifadə edə biləcək.
Görüşün harada keçiriləcəyi ilə bağlı məlumat verilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.