AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ödənişsiz hüquqi yardım günləri” təşkil edilir - FOTOLAR

  • + A
  • - A
  • 28-07-2023, 13:20

    “Ödənişsiz hüquqi yardım günləri” təşkil edilir - FOTOLAR

    “Sosial hüquqların araşdırılması” İctimai Birliyi “Sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihənin icrasını uğurla həyata keçirir.

    “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyul ayının 1-dən başlayan bu layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə uğurla icra olunur. Əsas məqsədi əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqələrininə mək, tibb, sosial təminat, ailə, təhsil və s. sosial hüquqlarla bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.

    Layihə çərcivəsində iyul ayının 29-da Tovuz rayonu Gənclər evində sosial müdafiəyə ehtiyacı olan şəxslərə ödənişsiz hüquqi yardım günü keçirilib. Ağstafa və Tovuz rayonundan müraciət etmiş benefisarların qanunvericiliklə bağlı məlumatlılığı artırılıb. Onlara ödənişsiz hüquqi yardım və məsləhət xidməti təşkil edilməklə hüquqi yardıma əlçatanlığı təmin edilmiş, benefisiarların müraciətləri əsasında 11 nəfərə müxtəlif orqanlara ərizələr yazılmış və 21 nəfərə isə şifahi qaydada hüquqi məsləhət xidməti göstərilib. Sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım xidməti göstərilir. Klinikada qəbul günləri həftənin I- V günləri, saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

    Ünvanı: Bakı şəhəri, A.M.Şərifzadə122/121

    Əlaqə telefonları: mob: (055) 612 85 45, (012) 310 37 78

    Qeyd edək ki, bu Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb, Azərbaycan Respublikası Milli Qeyri Hökümət Təşkilatları Formunun, Əlil Təşkilatları İttifaqının, Uşaq Hüquqları üzrə QHT Alyansının üzvüdür.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR