"Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu “Aztəminatlı gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində maarifləndirmə təşəbbüsləri” layihəsinin icrasını davam elətdirir.
Fondunun direktoru Gülbəniz Bayramova bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində təşkil olunmuş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı” kursunun tədrisinə başlayıb: “Dərsləri Maliyyə Nazirliyinin maliyyə xidmətləri üzrə Siyasət şöbəsinin sektor müdiri Sevinc Məmmədova tədris edir. Kursda 22-35 yaş arası aztəminatlı gənclər təhsil alırlar. “Peşəkar Mühasib Sertifikatı” imtahanı DİM tərəfindən keçirilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.