AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ekoloji təmiz qida məhsullarından istifadənin təbliğinə dair lövhə-panno quraşdırılıb - FOTOLAR

  • + A
  • - A
  • 7-08-2023, 22:23

    Ekoloji təmiz qida məhsullarından istifadənin təbliğinə dair lövhə-panno quraşdırılıb - FOTOLAR

    Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs İctimai Birliyi tərəfindən Şabran rayonunda “Sağlam həyat naminə ekoloji təmiz qida məhsullarından istifadənin təbliği” mövzusunda maarifləndirici təbliğat və təşviqat işlərinin təşkili layihəsinin icrası davam edir.
    Birlikdən verilən məlumata görə, layihə çərçivəsində şəhərin Heydər Əliyev prospektində lövhə - panno quraşdırılıb. Layihənin icra Heyəti layihənin motivləri əsasında hazırlanan, xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən məlumat lövhəsində ekoloji təmiz qida məhsullarından istifadənin əhəmiyyəti və bu məhsulların istehsalı üçün Şabran rayonunda əlverişli şəraitin olması əks olunub. Həmçinin ekoloji təmiz kənd təsərrüfatnın inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə lazımi imkanların olması barədə sözlər əks olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR