"Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu “Aztəminatlı gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində maarifləndirmə təşəbbüsləri” layihəsinin icrasını davam etdirir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə çərçivəsində “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı” kursu keçirilir. Maliyyə Nazirliyinin maliyyə xidmətləri üzrə Siyasət şöbəsinin sektor müdiri Sevinc Məmmədova tərəfindən təşkil olunan kursda 22-35 yaş arası aztəminatlı gənclər təhsil alırlar. Dərslər davamlı və interaktiv şəkildə keçirilir.
Qeyd edək ki, “Peşəkar Mühasib Sertifikatı” imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur. Gənclər dərsi böyük maraqla dinləyir və mütəmadi olaraq layihə üzvləri ilə əlaqədə olurlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.