"Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu “Aztəminatlı gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində maarifləndirmə təşəbbüsləri” layihəsinin icrasını davam etdirir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan ali təhsil müəssisəni bitirmiş lakin işə düzəlməkdə çətinlik çəkən gənclərimizi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı imtahanına Dövlət İmtahan Mərkəzinin tələb etdiyi proqrama uyğun mükəmməl hazırlamaqdır.
Qeyd edək ki, layihə çərçivəsində təşkil olunmuş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı” kursu Maliyyə Nazirliyinin maliyyə xidmətləri üzrə Siyasət şöbəsinin sektor müdiri Sevinc Məmmədova tərəfindən keçirilir. Dərslər yüksək səviyyədə keçirilir. Dərslərdə iştirak edib və sonda imtahanı müvəffəqiyyətlə keçən aztəminatlı ailələrdən olan gənclərimiz üçün iri kommersiya qurumlarında peşəkar mühasib vəzifəsinə qəbul olmaq əlçatan olacaqdır.
İştirak edən hər bir gəncin yüksək nəticə əldə etmələrinə inanırıq!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.