AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bənövşə" aptekinin rəhbəri onkoloji xəstələrin əlavə dəyərinə göz dikib

  • + A
  • - A
  • 7-01-2024, 13:35

    "Bənövşə" aptekinin rəhbəri onkoloji xəstələrin əlavə dəyərinə göz dikib

    Bakıda Səməd Vurgun küçəsində yerləşən "Bənövşə" adlı aptekin rəhbəri onkoloji xəstələrin əlavə dəyərinə göz dikib. Onkoloji xəstəliklər sığorta paketinə daxil deyil.
    Zatən ölkədə xərçəng xəstələrinin sözün əsl mənasında dərisi soyulur. Bu azmış kimi, çox baha satılan dərmanlarına da aptekdə əlavə dəyər verilmir.
    Evdə onkoloji xəstəsi olan Səfiyar Müzəffər adlı istifadəçi sosial media hesabında bu gün başına gələnləri yazıb. Azadmedia.az onun yazdığını ürəkağrısı ilə təqdim edir:
    "
    Səməd Vurğun küçəsin də "Bənövşə" adlı Aptek var, onkoloji xəstələrin tapılmayan iynə və dərmanları o aptek də tapılır. Hal-hazırda yaxınlaşmışıq kartla 2 iynə üçün 1380 Azn ödəniş edib iynəni almağa, satıcı deyir o iynəni endirim qiymətə satırıq, ona görə bizdə kartla ödəniş yoxdur, əks təqdirdə kartla ödəniş olsa 400 azn Azn əlavə ödəniş etməlisiniz.
    Bankamat axtarırıq yaxınlığında ki, bunları razı salaq. Tapdıq bankamat, çıxardıq pulu, ödəniş elədik, indi də qəbz vermirlər ki, bu iynələri endirimlə satırıq ona görə qəbz verə bilmərik.
    Bu qədər qanunsuzluq, özlərinə güvən nə deməkdir?!"

    Qeyd: Xəbər saytı olaraq aptekin sahibinin kimliyini tapıb mövzuya qayıdacağıq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR