AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ƏN TEZ” Xidmət ədliyyə xidmətlərindən eyni vaxtda yararlanmaq imkanı verir

  • + A
  • - A
  • 18-01-2024, 16:32

    “ƏN TEZ” Xidmət ədliyyə xidmətlərindən eyni vaxtda yararlanmaq imkanı verir

    Azadmedia.az xəbər verir ki, yanvarın 18-də Ədliyyə Nazirliyinin rəsmi “facebook” səhifəsində canlı yayımda “Notariat sahəsində aktual məsələlər” mövzusunda onlayn brifinq keçirilib.
    Tədbirdə nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin aidiyyəti məsul işçiləri – Notariat idarəsinin rəhbəri Mirağa Abbasov və böyük məsləhətçisi Seymur İsmayılov, baş idarənin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə və Azərbaycan Notariat Palatası idarə heyətinin sədri Hüseyn Məmmədov iştirak ediblər.
    Vətəndaşlar nazirliyin yeni innovativ məhsulu olan – əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən yerdə virtual platforma əsasında vətəndaşlara nazirliyə videozəng vasitəsilə müraciət edərək məsafədən müxtəlif ədliyyə xidmətlərindən eyni vaxtda yararlanmaq imkanı verən “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) Xidmət barədə məlumatlandırılıb. Qeyd edilib ki, əhaliyə xidmət sahəsində ölkədə ilk dəfə bu platformada tətbiq edilən “süni intellekt” insan davranışını vizuallaşdıraraq vətəndaşla ünsiyyət qurur və sənədlərin yerindəcə əldə edilməsini təmin edir.
    Notariat xidmətlərinin elektronlaşdırılması ilə bağlı görülən tədbirlər, vətəndaş məmnunluğu doğuran “Mobil notariat”ın və “ƏNTEZ” xidmətin innovativ fəaliyyəti də qeyd olunub.
    Diqqətə çatdırılıb ki, “Mobil notariat” tətbiqinin istifadəçiləri iki dəfə artaraq 900 minə çatıb və gündəlik 1000-1500 notariat əməliyyatları həyata keçirilir. Tətbiqin xidmət dairəsi daim genişləndirilərək ötən ildən “Mobil notariat” üzərindən artıq ikitərəfli müqavilələrin rəsmiləşdirilməsi imkanı yaradılıb və ilkin təcrübə kimi kirayə müqavilələri seçilib. Bu il digər ikitərəfli müqavilələrin də tətbiq üzərindən bağlanması imkan Notariat xidmətlərinin elektronlaşdırılması ilə bağlı görülən tədbirlər, vətəndaş məmnunluğu doğuran “Mobil notariat”ın və “ƏNTEZ” xidmətin innovativ fəaliyyəti də qeyd olunub.
    Diqqətə çatdırılıb ki, “Mobil notariat” tətbiqinin istifadəçiləri iki dəfə artaraq 900 minə çatıb və gündəlik 1000-1500 notariat əməliyyatları həyata keçirilir. Tətbiqin xidmət dairəsi daim genişləndirilərək ötən ildən “Mobil notariat” üzərindən artıq ikitərəfli müqavilələrin rəsmiləşdirilməsi imkanı yaradılıb və ilkin təcrübə kimi kirayə müqavilələri seçilib. Bu il digər ikitərəfli müqavilələrin də tətbiq üzərindən bağlanması imkanlarının yaradılması qarşıya qoyulan hədəflərdəndir.
    120-dək izləyicinin qoşulduğu canlı yayımda vətəndaşlar və media nümayəndələri ilə interaktiv formada sual-cavab sessiyası keçirilərək onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR